Çiçək oğlu ilə ilk dəfə kamera qarşısında - video

Çiçək oğlu ilə ilk dəfə kamera qarşısında -  video
19055 dəfə oxunub
  • A-
  • A
  • A+

Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas bu dəfə oğlu Muhammed Vakkasla kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, aparıcı "Xəzər maqazin"də övladına qoyduğu qadağalardan danışıb.

O bildirib ki, övladına çox vaxt ayıra bilmir:

“Mənimlə əylənmək xoşuna gəlir. Amma çox vaxt onu nənəsi və babası ilə göndərirəm, vaxtım olmur. Çox anlayışlı uşaqdı. Hərdən deyirəm, oğlum yorğunam qoy yatım. Məni heç vaxt oyatmaz ki, acam, su istəyirəm. Dərslərini oxumamaq şansı yoxdur. Evdə mükafatlandırma var. Əgər dərsdən 90-dan yuxarı bal alırsa, onu mükafatlandırıram. Son zamanlar iPad-i, cizgi filmini qadağan etmişəm".

M.Vakkas isə "Gələcəkdə həkim olacam. Anamın da seçimi budur. Anam hər işimə qarışır. Özüm futbolçu olmaq istəyirəm" deyə, söyləyib.