Bakıda yapon filmləri nümayiş olunacaq

Bakıda yapon filmləri nümayiş olunacaq
219 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq.

Yaponiyanın ölkəmizdəki səfirliyindən Axşam.az-a bildirilib ki, festival yanvarın 29-dək davam edəcək.

Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.

Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.

Üç gün davam edəcək festivalda hər kəs iştirak edə bilər.