"Titanik"in rekordu təkrarlandı - 14 nominasiya

"Titanik"in rekordu təkrarlandı - 14 nominasiya
3909 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, dünən "Oskar" mükafatlarına namizədlərin adı açıqlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Demyen Şazelin "La La Lend" filmi siyahının lideri olub. Müzikl janrında olan ekran işi 14 nominasiyada namizəddir.

Bunlar arasında ən əsas kateqoriyalar olan "Ən yaxşı film", "Ən yaxşı aktyor", "Ən yaxşı aktrisa" və "Ən yaxşı rejissor" da var. Emma Stoun və Rayan Qoslinqin baş rollarda olduğu film bundan başqa "Ən yaxşı musiqi", "Ən yaxşı mahnı", "Ən yaxşı səsləndirmə" kimi nominasiyalarda da qalib olmağa iddialıdır.

"La La Lend" bununla da "Titanik" və "Eve haqqında hər şey" filmlərinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, mükfatlandırma mərasimi fevralın 26-da Los-Ancelesdə keçiriləcək.