“YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı

“YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı
194 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.

Mərkəzdən Axşam.az-a bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək konsertdə hər kəs iştirak edə bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.

Qeyd edək ki, bir çox beynəlxalq müsabiqələrin laureatı olan orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.