Polis modelin alt paltarından narkotik çıxardı

Polis modelin alt paltarından narkotik çıxardı
1231 dəfə oxunub
  • A-
  • A
  • A+

Polisin narkotik şəbəkəsinə hücumu zamanı saxlanılan serbiyalı model Jelena Kruniçin alt paltarında narkotik aşkar edilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Serbiya polisi Belqradda narkotik əməliyyatı həyata keçirib. Həmin vaxt Kruniç də bir dostu ilə orda olub.

Şəbəkə liderləri aradan çıxa bilsələr də, model saxlanılıb. Axtarış zamanı onun üzərindən "Kristal" adlandırılan narkotik maddə aşkar edilərək götürülüb.

Bədəninin hər yerində Hollivud ulduzlarının döyməsi olan model sərbəst buraxılsa da, haqqında araşdırma aparılır. Polisin ittihamları doğru çıxarsa, o, 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, 2014-cü ildə bir gecə klubunda striptizçi olduğu vaxtlar "Farm6" yarışması ilə məşhurluq qazanan Kruniçin "Instagram" hesabının 127 min izləyicisi var.