Xərçəng xəstəsi olan aktrisa dünyasını dəyişdi

Xərçəng xəstəsi olan aktrisa dünyasını dəyişdi
3439 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın teatr və kino aktrisası Emmanuel Riva 89 yaşında dünyasını dəyişib.

Axşam.az-ın "RİA-Novosti"yə istinadən məlumatına görə, aktrisa 4 il idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. O, dünən vəfat edib.

Yaxınları bildirib ki, Emmanuel yaşamaq və işləmək istəyirdi. Bu səbəbdən də o, xəstəliyini gizlətməyə çalışırmış.

Riva 2013-cü ildə "Sevgi" filminə görə "Oskar"da "ən yaxşı aktrisa" adına namizəd olub. O, Mixail Xanekenin bu filmi ilə "Sezar" makafatını da qazanıb.