İlin ən yaxşıları seçildi - qırmızı xalçadan fotolar

İlin ən yaxşıları seçildi - qırmızı xalçadan fotolar
1477 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Los-Ancelesdə "SAG" (Screen Actors Guild Awards) mükafatları təqdim edilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın Aktyorlar Gildiyası bu mükafatı 23-cü dəfə sahiblərinə verib.

Mükafatlandırmadan əvvəl qırmızı xalça üzərində isə əsl dəb yarışı yaşanıb.

FİLMLƏR

Ən yaxşı aktyor: Denzel Vashinqton, "Fences" ("Hasarlar")
Ən yaxşı aktrisa: Emma Stoun, “La La Land”
İkinci dərəcəli rolda ən yaxşı aktyor: Maherşala Ali, “Moonlight” ("Ay işığı")
İkinci dərəcəli rolda ən yaxşı aktrisa: Viola Davis, “Fences”
Ən yaxşı heyəti olan film: “Hidden Figures” ("Gizli fiqurlar")

SERİALLAR

Serial və ya televiziya filmində ən yaxşı aktyor: Brayan Krenston, “All the Way” ("Hər yolla")
Serial və ya televiziya filmində ən yaxşı aktrisa: Sarah Paulson, “The People v. O.J. Simpson” ("Xalq Simpsona qarşı")
Serial və ya televiziya filmində ikinci planda ən yaxşı aktyor: Con Liqou, “The Crown” ("Tac")
Serial və ya televiziya filmində ikinci planda ən yaxşı aktrisa: Claire Foy, “The Crown” ("Tac")
Komediya serialında ən yaxşı aktyor:
Uilyam Meysi, “Shameless” ("Utanmaz")
Komediya serialında ən yaxşı aktrisa: Julia Louis-Dreyfus, “Veep” ("Damla")
Dram serialında ən yaxşı aktyor heyəti: "Stranger Things” ("Qəribə şeylər")
Komediya serialında ən yaxşı aktyor heyəti: “Orange is the New Black” ("Narıncı yeni qaradır")