Musiqili Teatrın fevral repertuarı

Musiqili Teatrın fevral  repertuarı
491 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, ay ərzində tamaşaçılar “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.

Fevralda Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası da planlaşdırılır. İlyas Əfəndiyevin eyni adlı pyesi və Qara Qarayevin musiqiləri əsasında hazırlanan “Mənim günahım” tamaşası nümayiş olunacaq.