Corc Maykl hələ də dəfn olunmayıb

Corc Maykl hələ də dəfn olunmayıb
3870 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı müğənni Corc Maykl dekabr ayının 25-i vəfat etsə də, hələ də basdırılmayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə qərb mətbuatı yazır. Xəbərdə deyilir ki, hələ də ifaçının ölüm səbəbi araşdırılır.

Həkimlər C.Mayklın ölümündən əvvəl hər hansı bir dərman qəbul edib-etmədiyini araşdırır. Lakin toksikoloji testlərin cavabı hələ ki, bəlli deyil.

İfaçının cəsədi yalnız bütün tibbi testlər yekunlaşdıqdan sonra doğmalarına təhvil verəcək.

Müğənni anasının yanında dəfn olunacaq.