Filmlərimiz beynəlxalq film festivalında - fotolar

Filmlərimiz beynəlxalq film festivalında - fotolar
793 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”,  “Yuxarıda və aşağıda”,  “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri keçirilib.

Axşam.az-ın məlumatına görə, Sofiya şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.
 
Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub. Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər. Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edib.