Çağla Şikelin dörd mərtəbəli villası - fotolar

Çağla Şikelin dörd mərtəbəli villası - fotolar
9109 dəfə oxunub
  • A-
  • A
  • A+

Model və aparıcı Çağla Şikel oğulları Kuzey və Uzayla yaşadığı dörd mərtəbəli villasının qapılarını "InStyle Home" jurnalının fevral sayı üçün açıb.

Axşam.az-ın məlumatına görə, Çağla evi keçmiş əri Emre Altuğla aldığını deyib:

"Evli olduğumuz zaman almışıq. Divara asdığımız ailə fotolarımız hələ də qalır. Emredən sonra bir şeyi dəyişdirmədim. Zalın dekorasiyası sadəcə uşaqlar üçün dəyişir. Hərdən idman zalı olur, hərdən futbol meydançası. Televiziyadı işimdən sonra evə gəlib uşaqlarımla vaxt keçirirəm".