Bəstəkar Qara Qarayevin xatirəsi anılacaq

Bəstəkar Qara Qarayevin xatirəsi anılacaq
605 dəfə oxunub
  • A-
  • A
  • A+

6 fevral 2017-ci il tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə unudulmaz bəstəkarın əsərlərinə müraciət olunacaq.