Lahıc məktəbindəki muzeyə turist marağı

Lahıc məktəbindəki muzeyə turist marağı
1295 dəfə oxunub
  • A-
  • A
  • A+
İsmayıllı rayonunun Lahıc qəsəbə tam orta məktəbində 1966-cı ildə yaradılmış tarix-diyarşünaslıq muzeyi öz zənginliyi ilə bu gün nəinki yerli, hətta xarici turistləri belə özünə cəlb edir.

Son üç ildə muzeyə gələnlərin sayı 10 min nəfərdən çox olub. Onların da demək olar ki, yarısı xarici turistlərdir.

Hazırda burada 2500-dən çox eksponat vardır. Muzeydə Lahıcda mövcud olmuş və bu gün də hazırlanan 100-dən çox sənət növünə aid nümunələr, qazıntılar zamanı sakinlərin tapdıqları qədim və orta əsrlərə aid maddi-mədəniyyət nümunələri, sənədlər və s. toplanıb.

Muzeydə Heydər Əliyev guşəsi də diqqəti cəlb edir. Guşədə ümummilli liderimizin fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən tablolar, ulu öndərin kitabları, İsmayıllıya səfəri zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilir.

Burada Lahıc məktəbinin fəaliyyətə başlamasının 1959-cu ildə respublika səviyyəsində keçirilmiş 70 və 1998-ci ildə baş tutmuş 110 illik yubileylərini əks etdirən guşələr də böyük maraq doğurur.
Muzeydə, həmçinin şagirdlərin əl işlərindən ibarət guşə də təşkil olunub.

AzərTac