"Azərbaycana model biznesini mən gətirmişəm" - İlqar

"Azərbaycana model biznesini mən gətirmişəm" -  İlqar
1848 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı model İlqar Əliyev olub.

Axşam.az-ın məlumatına görə, İlqar bildirib ki, Azərbaycanda model biznesinin inkişaf etməsində böyük rolu olub:

"Uşaqlıqdan pilot olmaq istəyirdim. Aviasiya Akademiyasına daxil oldum. "Best model"ə gələndə artıq ikinci kursdaydım. Akademiyada hamı məni tanıyırdı. Məktəb vaxtı teatrda işləyirdim. Orada 5 illik fəaliyyətim olub. Sonradan pilotluq ikinci plana düşdü. Daha sonra "Qəfəs" realiti-şousina qatıldım. Orada da müəyyən qədər tanındım. 2004-cü ildə "Best model of"un qalibi oldum. Sonra dünya çempionatına getdik. Orada da finalçı olmuşduq. Amma ilk beşliyə düşə bilmədik. O vaxt çox adam bilmirdi ki, Azərbaycanda model var. Azərbaycanda model biznesini mən inkişaf etdirmişəm. Ondan əvvəl modelliyə çox adam gəlmirdi".
 
Model daha sonra həyatından və işlərindən danışıb:

"Sonralar xaricə üz tutdum. Xaricə pul qazanmağa yox, iş görməyə getdim. Çox ağır idi işlər. Müxtəlif çəkilişlərimiz oldu. Türkiyə, Rusiya və Avropanın bəzi yerlərində oldum. Hal-hazırda da öz məktəbimi açmışam".