Azərbaycanlı müğənni xanımı ilə Kanadada konsert verəcək

Azərbaycanlı müğənni xanımı ilə Kanadada konsert verəcək
2287 dəfə oxunub
  • A-
  • A
  • A+

Opera ifaçısı sif Eyvazov (tenor) və xanımı, dünya operasının ulduzu Anna Netrebko (soprano) aprelin 30-da Kanadanın Kalqari şəhərində Cek Sinqer zalında konsert proqramı ilə çıxış edəcəklər.

Axşam.az xəbər verir ki, bu barədə məlumat ifaçıların və “Calgary Opera” şirkətinin saytlarında yer alıb. Konsertdə C.Verdi, C.Puççini və başqa bəstəkarların əsərləri ifa olunacaq. İfaçılar "Calgary" Filarmonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər.
 
Orkestrə Yader Biqnamini dirijorluq edəcək.

Biletlər 60-250 dollar arasında dəyişir.