"Alişanı bir kişi kimi görmürəm" - Çağladan cavab

"Alişanı bir kişi kimi görmürəm" - Çağladan cavab
21686 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Çağla Şikel Kiprdə təşkil edilən bir dəfilədə podiuma çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, çıxışından əvvəl o, jurnalistlərin suallarını cavablandırıb. Keçmiş əri Emre Altuğun yenui sevgilisi Buse Narcin haqda suallara Çağla "Mənim bu barədə danışmağım doğru deyil. Emre ilə şəxsi həyatlarımızı ayırmışıq" deyib.

Ç.Şikel bir müddət əvvəl müğənni dostu Alişanın "Çağlanı qadın kimi görmürəm, o, mənim əsgərlik yoldaşım kimidir" sözlərinə belə reaksiya verib:

"Alişan sərt cavab verib. Eyni tərzdə mən də deyirəm ki, Alişanı bir kişi kimi görmürəm. Onunla uzun illərdir dostuq. Bundan sonra da uzun illər dostluğumuzun davam etməsini istəyirəm. Göz dəyməsin".