Türkiyədə ən çox Ayasofya Muzeyi ziyarət olunub

Türkiyədə ən çox Ayasofya Muzeyi ziyarət olunub
762 dəfə oxunub
  • A-
  • A
  • A+
2012-ci ildə Türkiyədə yerli və əcnəbi turistlər tərəfindən ən çox ziyarət edilən məkanlar İstanbul şəhərindəki Ayasofya, Topqapı Sarayı muzeyləri və Efes xarabalıqları olub.

Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Ayasofya Muzeyini 3 milyon 345 min, Topqapı Sarayı Muzeyini 3 milyon 334 min, Efes xarabalıqlarını isə 1 milyon 888 min nəfər turist ziyarət edib.
Ümumiyyətlə, keçən il Türkiyədəki muzey və tarixi yerlərə ziyarət üçün  28 milyon 781 min turist gəlib.

Mənbə:azertag.org