İlk dəfə 4 aylıq körpələrini göstərdilər - fotolar

İlk dəfə 4 aylıq körpələrini göstərdilər - fotolar
1667 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur cütlük Adam Livayn və Behati Prinslu ilk dəfə 4 aylıq körpələri ilə ictimaiyyət arasına çıxıblar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, A.Livaynın adının Hollivudda "Ulduzlar xiyabanı"na həkk olunması münasibəti ilə mərasim təşkil edilib.

"Maroon 5"in üzvü olan Adama ən böyük dəstək ailəsindən gəlib. O, model xanımı Behati və qızı ilə birgə kamera qarşısında poz verib. A.Livayn çıxışında "Mən dünyanın ən şanslı insanlarından biriyəm. Dünyanın ən gözəl qadını ilə evliyəm və qızım var" deyib.