Şahin Növrəsli Sen-Lui Caz Festivalında

Şahin Növrəsli Sen-Lui Caz Festivalında
194 dəfə oxunub
  • A-
  • A
  • A+

Cazmen, Azərbaycanın əməkdar artisti Şahin Növrəsli aprelin 28-də Seneqalda 25-ci Sen-Lui Caz Festivalında çıxış edəcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumat Şahin Növrəslinin saytında yer alıb.

Builki festival Seneqalın Sen-Lui şəhərində aprelin 24-dən mayın 1-dək keçiriləcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” albomu da tezliklə təqdim ediləcək.