Bu il "Oskar" səhnəsində onlar çıxış edəcək

Bu il "Oskar" səhnəsində onlar çıxış edəcək
379 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 26-da "Oskar" mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, artıq həmin gecə müğənni kimi kimlərin çıxış edəcəyi bəlli olub. Belə ki mükafata namizəd olan Lin-Manuel Miranda, Stinq, Castin Tİmberleyk və 2014-cü ildə "Oskar" qazanan Con Leqend həmin gün mahnılarını səsləndirəcəklər.

89-cu dəfə keçirilən mərasimdə Miranda "Moana" animasiya filminin mahnısı "How Far I’ll Go"nu oxuyacaq.

Stinq "Jim: The James Foley Story" sənədli filmi üçün oxuduğu "The Empty Chair" mahnısını bir daha ifa edəcək.

Timberleyk isə "Trolls" filmi üçün hazırladığı və ötən il ən çox dinlənilən mahnılardan olan "Can’t Stop the Feeling" mahnısını səsləndirəcək.

C.Leqend isə "La La Land" filminin mükfata namizəd olan iki mahnısı “Audition" və "City of Stars"ı oxuyacaq. Filmdə mahnıları Emma Stoun və Rayan Qoslinq oxusalar da, onlar səhnəyə çıxmayacaqlar.