İradə bacısının toy gününü açıqladı

İradə bacısının toy gününü açıqladı
4642 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın toy günü bəlli olub.

Axşam.az-ın məlumatına görə, bu barədə xəbəri ATV telekanalında yayımlanan “Özünə bax” verilişinə telefonla qoşulan İ.İbrahimova özü verib.

O, bacısına hər zaman xoşbəxt olmağı arzulayıb:

“Oktyabrın 31-də Nigarın toyudur. Dünən gecə onun xınayaxdısı olub. Gələ bilmədim, amma toyunda mütləq iştirak edəcəm. Nigar bizim üçün tək bacı olmayıb. Hər zaman özünü bizə görə fəda edib. Çox sevinirəm ki, o da ailə qurur. Nigara ən az mənim qədər xoşbəxt olmağı arzulayıram”.

Xəbəri təsdiqləyən Nigar isə sadə bir toy arzuladığını deyib:

“Bəyin adı Ruslandır. Özüm seçib, sevmişəm. Təmtəraqlı toy istəmirəm. Sadə və sakit bir məclis olacaq. Toyun bütün gorüntülərini isə “Özünə bax” verilişinə təqdim edəcəm”.