“Vəsiyyət” cənub bölgəsinə gedir

“Vəsiyyət” cənub bölgəsinə gedir
394 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, fevralın 14-də baş tutacaq səfərdə teatrın kollektivi “Vəsiyyət” tamaşasını nümayiş etdirəcək. 

Tazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda nümayiş olunacaq. İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov və Münəvvər Əliyeva, Mirzə Ağabəyli, Almaz Amanova, aktyorlar Ləman İmanova, Rövşən Kərimduxt, Rüstəm Rüstəmov və başqaları çıxış edəcəklər. Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.