Tanınmış müğənni yeni klipini təqdim etdi - video

Tanınmış müğənni yeni klipini təqdim etdi - video
1770 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı müğənni Maykl Babl yeni klipini təqdim edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, “İ believe in you” mahnısını ekranlaşdırıb.

Klipdə bir qız və bir oğlanın uşaqlıqdan bir-birilərinə aşiq olmaları, evlilik həyatları və qocalıq dövrləri təsvir olunub. Sevgi üzərində çəkilmiş görüntülər artıq minlərlər insan tərəfindən izlənilib və bəyənilib.

Qeyd edək ki, Maykl və aktrisa həyat yoldaşı Lopilatonun 3 yaşlı oğlu Noa 3 ay öncə xərçəng xəstəliyindən əziyyət çəkirdi. O zaman Babl oğlu sağalmayanadək karyerasına başlamayacağını demişdi. Bu gün isə onun yeni klipini təqdim etməsi oğlunun xərçəngə qalib gəlməsinə işarədir.