Evlilik verilişində qız üstündə əlbəyaxa dava düşdü - video

Evlilik verilişində qız üstündə əlbəyaxa dava düşdü - video
27898 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin “ATV” kanalında yayımlanan evlilik proqramında dava düşüb.

Axşam.az-ın “Milliyet”ə istinadən məlumatına görə, Pamuk adlı qıza görə canlı yayımda dalaşan Umut və Arda bir-birinin ünvanına ağır ifadələr və təhqirlər yağdırıb. Bu səbəbdən də verilişin aparıcısı verilişi dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Umutla Pamuk bir vaxtlar sözügedən verilişdə sevgili olublar. Lakin yola getmədikləri üçün ayrılmağa qərar veriblər. Daha sonra Umut Gülşafak adlı qızla, Pamuk isə Arda adlı bəy namizədlə görüşməyə başlayıb. Pamuku unutmadığını deyən Umutun Gülşafakdan ayrılıb köhnə sevgilisinə qayıtması aləmi bir-birinə qatıb.

Qeyd edək ki, ötən gün RTÜK (Türkiyənin Ali Televiziya və Radio Qurumu) mənfi ictimai rəy alan və məscidlərdəki cümə xütbələrində tənqid edilən evlilik proqramlarına yüksək məbğəldə cərimə yazıb.