Trampın qızını pərt elədilər - fotolar

Trampın qızını pərt elədilər - fotolar
3257 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Trampın böyük qızı İvanka siyasi işlərdə atasının yanında olsa da, kiçik qızı Tiffani şou və moda sahəsinə meyllidir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Tiffani Nyu-York Moda Həftəsində iştirak edib. Prezidentin qızı mərasimə gələrək onun üçün ayrılmış sırada oturmaq istəyərkən eyni sırada Madonnanın da olduğunu görüb.
 
D.Trampa qarşı kəskin mövqeyi ilə seçilən Madonna isə Tiffaniyə əhəmiyyət verməyib. Gənc qız yan cərgələrdən birində əyləşdikdən sonra bir sıra məşhurlar, modelyerlər məkanı tərk ediblər.

Media bununla Tiffaninin pis vəziyyətdə qaldığını və pərt olduğunu yazıb.