"Dərin komadadır" - Şahinin həkimi

"Dərin komadadır" -  Şahinin həkimi
20200 dəfə oxunub
  • A-
  • A
  • A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir.

Axşam.az xəbər verir ki, 6 aydır xətəliklə müabrizə aparan və bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən rejissorun vəziyyəti sabit ağır olaraq qalır.

Reanimotoloq Emil Qasımov Ş.Zəkizadənin səhhətindən danışaraq, onun ayağa qalxması üçün əllərindən gələni etdiklərini söyləyib:

“Vəziyyəti ağırdır, dərin komadadır. Dünyada müasir tibbin bu xəstələr üçün uyğuladığı bütün müalicəni Şahin üçüm edirik. Ümidimiz var, bunu da davam etdirirk”.

Tədris Terapevtik Klinikasının hematoloqu Şəhla Şabanova rejissorda beyin tutumunun müşahitə edildiyini bildirib:

“İki kurs müalicə almışdı. Ancaq xəstəliyin geri qayıtdığının şahidi olduq. Buna görə də kimya terapiyanı davam etdirməli idik, üçüncü kurs müalicə başlanıldı. Xəstəyə daha aqressiv yanaşmaq və sümük iliyi köçürmək məsləhətli idi. Üçüncü kursda beyin tutumu müşahidə edildi, xəstəlik aqresivləşdi. İndi xəstəlik daha da ağırlaşıb”.

Rejissorun xanımı Səbinə Zəkizadə isə “Ötən həftə halı lap pisləşdi. Hazırda reanimasiyadadır. Yaxşı xəbərini gözləyirik” deyib.