"Köhnə Bakı ölməyib"

"Köhnə Bakı ölməyib"
404 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 21-də “YARAT” Müasir İncəsənət Məkanında kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filmi nümayiş olunacaq.

İncəsənət Məkanından Axşam.az-a bildirilib ki, film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil. O, səhər oyanır, yeyir-içir, küçəyə baxır, İçərişəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir. Günlərin birində evində haradansa qəribə məxluq peyda olur. Onlar söhbətləşir, mübahisə edir və bu qəribə məxluq qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir.

Qəribə məxluq Ağarəhimi keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.

Qeyd edək ki, film Azərbaycan dilində rus dili alt yazıları ilə təqdim olunacaq.