Küsülü olan Eltonla Nazim üz-üzə gəldi - fotolar

Küsülü olan Eltonla Nazim üz-üzə gəldi -  fotolar
2411 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl qalmaqal yaşayan müğənni Elton Hüseynəliyev və Nazim Məmmədov barışıb.

Axşam.az-ın məlumatına görə, ifaçılar Əhməd Mustafayevin klip təqdimatında üz-üzə gəliblər. Onlar fotokameramız qarşısına keçərək şəkillər çəkdiriblər.

Qeyd edək ki, N.Məmmədov E.Hüseynəliyevin ona mahnı yazdırdığını, amma pulunu ödəmədəyini demişdi.

Bundan qəzəblənən E.Hüseynəliyev qarşı tərəfi tənqid edərək, bunları söyləyib:

“Nazim beş manat istəyib, on vermişəm. Bunu ictimailəşdirməyə gərək yox idi. Ona cavab verməyə ehtiyac yoxdur. Bundan sonra dostluğumuzun davam etməsi mümkün deyil. Mənimlə özünü reklam etmə. Mənlə birlikdə çox müğənni səni reklam etdi. İndi həyatını yaşa da. Sən mənə söz atmaqla, nəyisə ictimailəşdirməklə nə olacaq? Hamı yaxşı bilir ki, Elton əliaçıqdır. İnsanın borcu olar da, eyib deyil. Mən heç kimin pulunu ödəməyib, pis vəziyyətdə qoymaram. Özüdə mahnı tam ərsəyə gələndən sonra pulu ödənilir. Onun mənə verəcəyi mahnının heç on faizi hazır deyildi. Mənə göndərdi, ritmi bəyənmədim. Ondan əvvəl Nazimlə elə bir mahnı işlədik ki... O qiymətə Azərbaycanda heç kim aranjiman etmir. Kim 6 min dollar aranjimana pul ödəyir? Bu günə qədər sən mənlə iş görüb, pul qazanmısansa, gərək elə etməzdin. Bundan sonra onunla heç bir iş etməyəcəm”.