"Ər quyusu"nun qala gecəsi oldu - fotolar

"Ər quyusu"nun qala gecəsi oldu - fotolar
8375 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilmiş “Ər quyusu” adlı filmin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, ekran işi Nizami Kino Mərkəzində təqdim olunub. Gecəyə tanınmış sənət nümayəndələri qatılıb.

Qeyd edək ki, ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.

Filmdə əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, aktrisa Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev və başqaları rol alıb.

Foto: İlqam Cəbiyev