"Şahin hələ yaşayır" - xanımı+yenilənib

"Şahin hələ yaşayır" -  xanımı+yenilənib
7594 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Şahin Zəkizadənin dünyasını dəyişməsi barədə xanımı Səbinə Zəkizadənin verdiyi məlumat elə onun özü tərəfindən təkzib olunub.

Rejissorun xanımı Axşam.az saytı ilə əlaqə saxlayaraq, Şahin Zəkizadənin hələ yaşadığını, istəməyərəkdən yanlış məlumat verdiyini deyib.
 
Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev də lent.az-a açıqlamasında bildirib ki, rejissorun vəziyyəti ağır olaraq qalır, o, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bu gün S.Zəkizadə bildirib ki, həyat yoldaşının beyni sönüb və onu artıq aparatdan ayırıblar:

“Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim (ağlayır). Onun öldüyünü deməyə dilim gəlmir".