Şahin Zəkizadənin son müsahibəsi - video

Şahin Zəkizadənin son müsahibəsi -  video
14222 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dünyasını dəyişən rejissor qısa müddət öncə ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olmuşdu.

Axşam.az-ın məlumatına görə, övladları ilə birgə efirə çıxan Şahin Zəkizadə ailəsi və xəstəliyi haqqında danışmışdı:

"Fatimə bu il birinci sinfə getdi. Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olum. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Tanımadığım o qədər insan mənə dəstək oldu ki, mesajların çoxunu heç oxuya bilmirdim. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər".