Dünya bu 7 yaşlı qızdan danışır - fotolar

Dünya bu 7 yaşlı qızdan danışır - fotolar
4794 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin Hereford şəhərində yaşayan Kloi Braycvoter adlı 7 yaşlı qız "Google"a iş üçün məktubla müraciət edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, məktubda belə yazıb:

"Adım Kloi Braycvoterdir və böyüyəndə həm "Google"da, həm də şokolad fabrikində çalışmaq istəyirəm. Olimpiadada üzmək də istəyirəm. Atam "Google"da çalışarsam, "go kart"a (Uşaqlar üçün yarış avtomobili) minə və attraksiondan sürüşə biləcəyimi deyib. Kompüteri sevirəm, tabletim də var. Onda oyunlar oynayıram. Atam mənə bir gün kompüter alacağını söyləyib. 7 yaşım var. Müəllimim anama və atama dərslərimdə yaxşı olduğumu deyib".

O, sonda "inanıram ki, məktubumu cavablandırarsınız, çünki daha öncə yalnız Şaxta babaya məktub yazmışdım" deyə, qeyd edib.

"Google" balaca qızın məktubuna cavab verib:
 
"Müraciət rədd edildi".

Lakin bunu olduqca incə bir şəkildə cavablandıran şirkət Kloiyə yol göstərməyi də unutmayıb.

Məktubu şəxsən Google CEO-su Sundar Pichai cavablandırıb:

"Sevgili Kloi, məktubun üçün təşəkkürlər. Kompüterlər və robotlarla maraqlanmağın məni sevindirdi. Ümid edirəm ki, texnologiya ilə bağlı şeylər öyrənməyə davam edərsən. Xəyallarının arxasınca getməyini və çox çalışmalı olduğunu düşünürəm. "Google"da çalışmaqdan Olimpiadada üzməyə qədər qarşına qoyduğun bütün məqsədlərinə çata bilərsən. Məktəbi bitirdiyin zaman iş üçün müraciət etməyini səbirsizliklə gözləyirəm".