64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi
2088 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyanın Burqos şəhərində 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Rekoletas" xəstəxanasında suni mayalanma yolu ilə uşaq sahibi olan ananın bir oğlu və bir qızı olub. Bu hadisə tibb tarixində möcüzə hesab edilir.

Bu qadının həmin xəstəxanada 6 il öncə də sağlam bir övlad dünyaya gətirdiyi məlum olub.

Qeyd edək ki, dünyada uşağı olan ən yaşlı qadın hindistanlı Daljinder Kaurdur. O, 2015-ci ildə 70 yaşında ana olmuşdu.