“Novruz bayramından sonra yeni bir verilişə başlayacam. Yarışma formatındadır. Çox maraqlı bir layihədir”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Aytəkin Mərdanova deyib.
Aparıcı bildirib ki, “Evdəkilərə salam” layihəsi də hələ davam edəcək:
“Bayramdan sonra daha fəal iş rejiminə keçəcəm. Həm də xaricə gedəcəm, çəkiliş var. İşimlə bağlı rayonlara, xaricə çəkilişə gedirəm. Hətta gecə verilişlərim də olub. Heç vaxt həyat yoldaşım məni qısqanmayıb, gec gəlməyimi irad tutmayıb. Amma son bir ildir ki, həddindən artıq qısqanclıq edir. Həm geyimimə, həm gecə çəkilişlərimə qarışır. Əməlli-başlı danışır. Narazıçılıq bildirir ki, qısa geyindin, xoşuma gəlmir, öz bildiyini edirsən. Buna görə də evimizdə söz-söhbətlər var. Əvvəl belə deyildi, bilmirəm niyə edir".
Foto: Ramin ASLANOV