"Hər gün sevgi mesajı alıram" - Könül

"Hər gün sevgi mesajı alıram" -  Könül
1997 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Könül Kərimova “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı sevgidən danışıb.

O bildirib ki, hər gün sevgi etirafı alır:

“Mənə hər gün sevgi mesajları yazırlar. Bununla bütün müğənnilər qarşılaşırlar. Bu sevgilər tükənməsin. Allah bu sevgini bizə çox görməsin. Tamaşaçının sevgisi ilə ruhlanırıq. Sevgisiz ömür heçdir. Bəziləri düşünür ki, sevgi ancaq oğlanla qız arasındadır. Amma övlada, anaya olan sevgi də var. Hər zaman mənə elə gəlir ki, kimisə sevirəm. Onun ünvanı yoxdur. Elə bilirəm ki, həmin sevginin sahibi nə zamansa qarşıma çıxacaq. Sevgi olmasa, tükənərəm”.