Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransında - fotolar

Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransında -  fotolar
962 dəfə oxunub
  • A-
  • A
  • A+

53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparılıb.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.