Türkan Şorayın qızı ərə gedir

Türkan Şorayın qızı ərə gedir
7697 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aktrisa Türkan Şorayla Cihan Ünalın  qızı Yağmur Ünal "Aşk yeniden" serialında rol alan Mert Öcala ərə gedir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, il yarımdır münasibətdə olan cütlük nikah masasına əyləşməyi qərar alıb. Onların bu qərarına Yağmurun valideynləri də razılıq veriblər.

Toy hazırlıqlarına başlayan cütlük bu xəbəri yalnız yaxın ətraflarına bildirib.

Nikah mərasimini Londonda keçirməyi planlaşdıran ikilinin yaxın zamanda ailə quracaqları söylənilir.

Qeyd edək ki, "Türkiyənin ən yaxşı modeli" seçilən Mert Öcal 2004-cü ildə "Best Model of The World" yarışmasının qalibi olub.