"Eurovision" seçimlərinə qatılan iştirakçı təəccübləndirdi - video

"Eurovision" seçimlərinə qatılan iştirakçı təəccübləndirdi - video
3649 dəfə oxunub
  • A-
  • A
  • A+

2017-ci il "Eurovision" mahnı müsabiqəsində İsveçi təmsil etmək üçün müraciət edən namizədin yaşı hamını təəccübləndirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, seçimlərə qatılan 87 yaşlı ifaçı performansı ilə tamaşaçıları valeh edib. Münsiflər onun digər iştirakçılardan daha təcrübəli olduğunu söyləyiblər.

1953-cü ildə musiqi karyerasına başlayan Ove Zörnqvist yaşı və ifası ilə hər kəsi heyrətləndirməyi bacarıb. Bu axşam İsveçin Vekjö şəhərində "Eurovision" seçim turunun 3-cü mərhələsi keçiriləcək.

Yarışmada ən gənc namizədlə ən yaşlı iştirakçı arasında 70 yaş fərq var.

Qeyd edək ki, o, "Eurovision" seçimlərinə daha öncə isə 3 dəfə mahnı sözünün müəllifi kimi qatılmışdı.