Rihanna məsciddən qovuldu

Rihanna məsciddən qovuldu
1594 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rihannanın Dubaya səfər zamanı çadra geyinərək məsciddə şəkil çəkdirdiyini xəbər vermişdik.

Axşam.az xəbər verir ki, ifaçının hərəkətləri məscid rəhbərlərini əsəbiləşdirib.

Belə ki, sənətçi BƏƏ-nin ən böyük məscidi olan "Şeyx Zayed"in ziyarətə qapalı olan hissəsinə icazəsiz daxil olub. Bu səbəbdən o, məsciddən qovulub. "Şeyx Zayed"dən verilən açıqlamada Rihannanın adı çəkilməyib: 

"Müqəddəs məkanda əxlaqi dəyərlərə zidd olan, uyğunsuz pozalar vermək, yüksək səslə danışmaq qadağandır. Üstəlik, məscidin qadağan olunmuş yerlərinə daxil olmaq hörmətsizlikdir. Bu hərəkətlərə görə müğənni ibadətxanadan uzaqlaşdırılıb".