Azərbaycanlı qız Rusiyada "Ana" mahnısı ilə heyran etdi - video

Azərbaycanlı qız Rusiyada "Ana" mahnısı ilə heyran etdi - video
3588 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın NTV telekanalında yayımlanan "Sən supersən!" («Ты супер!») musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova hər kəsi heyran edib.

Axşam.az-ın məlumatına görə, o, Müslim Maqomayevin ifasında tanınan "Ana" mahnısını ifa edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da efirə gəlib. Aparıcı onu "milyonların kumiri, əfsanəvi Polad Bülbüloğlu" deyərək təqdim edib.

P.Bülbüloğlu Pərvanəni dəstəkləyərək onun çox yaxşı səsi olduğunu və uğurlu mahnı seçdiyini bildirib. Pərvanə rusca bilmədiyi üçün P.Bülbüloğlu münsiflərin onun üçün söylədiklərini tərcümə edib.

Qeyd edək ki, uşaq evinin yetirməsi olan Pərvanə qazandığı səslər sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.

Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. İfaçılar NTV-nin ilkin kastinqlərinin gedişində seçiliblər.