"Ömrümün sonuna az qalıb" - Nadir

"Ömrümün sonuna az qalıb" - Nadir
11357 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə doğum günündə kövrək anlar yaşayıb.

Axşam.az-ın məlumatına görə, özəl günündə ifaçı şəxsi həyatından bir sıra məqamları "Xəzər" telekanalına danışıb. Ailəsindən danışan sənətçi göz yaşlarına hakim ola bilməyib:

"Ömrümün sonuna az qalıb. Mən bundan sonra 46 il də yaşamayacağam. 70 yaşında dünyamı dəyişəcəyəm. Bu mənə yuxuda əyan olub. Ölsəm mənə rəhmət oxumasanız da, lənət də oxumayın. Çünki mən lənətlənəsi oğul deyiləm".

Valideynləri yadına düşən Nadir deyib:

"Təzə-təzə efirə çıxanda sürünə-sürünə televizora yaxınlaşıb ekranı öpən anam kaş sağ olardı. Mənim bugünki günümü görərdi. Oğlum qürbətdədir. Onun da yanımda olmağını istərdim. Qardaşım Qarabağ əlilidir. Rayondan gəlib çıxa bilmədi. Digər bacım da xəstədir. Ad günümə gələ bilmədi. İstəmirdim kövrəlim. Amma göz yaşlarım ovucumdadır".