Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
816 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.