"İlk dəfə 20 yaşımda öpüşmüşəm" - İradə

"İlk dəfə 20 yaşımda öpüşmüşəm" -  İradə
17502 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın NTV kanalında çalışan azərbaycanlı aparıcı İradə Zeynalova saytlarından birinə müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, aparıcı əsl Azərbaycan adət-ənənəsi ilə böyüdüyünü deyib.

45 yaşlı aparıcı bildirib ki, atası hər zaman ona qadağalar qoyub:  
 
“Məni ciddi rejimdə böyüdüblər. 20 yaşım var idi, axşam saat 9-a kimi mütləq evdə olmalıydım. İlk dəfə 20 yaşımda öpüşmüşəm. 34 yaşımda dostlarımla birlikdə məclisdə idik. Siqaret çəkdiyimi atam onda öyrəndi. Gizlətməyə çalışsam da, alınmadı. Atam siqaretimi görəndə rəngi ağardı, amma özünü elə apardı ki, guya görmür.

Atam əsl azərbaycanlı kişisidir. Yemək hazırlaya bilmir. Həmişə azərbaycanlı kişisi ilə ailə qurmağa can atmışam. Arzum münasibətdə hər zaman ikinci planda olmaq olub. Kişiyə istədiyini etmək imkanı yaratmağı xoşlamışam”.

Qeyd edək ki, İ.Zeynalova ikinci dəfə rusiyalı jurnalist Aleksandr Yevstiqnevlə ailə qurub.