"Recep İvedik 5" bu dəfə kütləvi davaya səbəb oldu - video

"Recep İvedik 5" bu dəfə kütləvi davaya səbəb oldu - video
1950 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən İstanbulda ticarət mərkəzlərindən birində böyük qorxu yaşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, insanlar səs-küy olduğunu görüncə bomba olduğunu zənn ediblər. Çoxlu sayda polis ərazini nəzarətə götürüb. Ticarət mərkəzindəki insanlar çıxarılıb.

Lakin daha sonra sadəcə bir qrup insanın dalaşdığı ortaya çıxıb. Çaxnaşmanın səbəbi isə "Recep İvedik 5" filmini izləmək üçün bilet növbəsində duran iki nəfərin davası olub.