Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim”dəki səhnədən danışdı

Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim”dəki səhnədən  danışdı
34917 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bizim Cəbiş müəllim” filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib.

Axşam.az xəbər verir ki, “Qafqazinfo” qalmaqallı filmlə bağlı ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Xalq artisti həmin məsələni aktuallaşdıranları "səviyyəsiz" adlandırıb:

“Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”.

Qeyd edək ki, bu haqda xəbəri kulis.az saytı yaymışdı. Xəbərdə deyilir ki, filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb.

Kəsilən kadrları tədqiqatçı Füzuli Sabiroğlu "Youtube"da yerləşdirib.