Colinin 12 yaşlı qızı cinsiyyətini dəyişdirib? - fotolar

Colinin 12 yaşlı qızı cinsiyyətini dəyişdirib? - fotolar
20199 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, aktrisa Ancelina Coli Kambocada çəkdiyi "Birinci mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father: A Daughter of Cambodia Remembers") filmini təqdim edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qala gecəsində ən çox diqqət çəkən Colinin Bred Pittdən olan böyük qızı 12 yaşlı Şilo olub.

Körpəlikdən oğlan kimi geyinməyi sevən Şilo bu dəfə də qardaşlarından fərqlənməyib. O, tədbirə boz rəngli oğlan kostyumunda, qısa saçlarda qatılıb. Bu isə onun cinsiyyət dəyişmək istəyi haqda iddiaları gücləndirib.

Qeyd edək ki, bir müddət əvvəl müsahibəsində Bred bildirib ki, qızı öz adını sevmir və ona Con deyə müraciət edilməsini istəyir.

Ancelina da qızının oğlan kimi davrandığını, oğlan olmaq istədiyini etiraf edib.