Üçü az idi, dördüncü də açılır - foto

Üçü az idi, dördüncü də açılır - foto
16435 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar müzakirələrə səbəb olan evlilik proqramlarına daha biri qoşulur.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “TRT1”də yayımlanacaq bu verilişin adı “Bir yastıkta kocayalım” olacaq. Proqram rəhbərləri yeni evlilik proqramı açmaqlarını belə izah ediblər:

“Günü-gündən boşanmaların sayı artır. Məqsədimiz bunun qarşısını almaqdır”.

Qeyd edək ki, bir müddət əvvəl RTÜK (Türkiyənin Ali Televiziya və Radio Qurumu) mənfi ictimai rəy alan və məscidlərdəki cümə xütbələrində tənqid edilən evlilik proqramlarına 11 milyon türk lirəsi dəyərində cərimə yazıb.