Peşman olan Naz Əlidən ikinci şans istədi - video

Peşman olan Naz Əlidən ikinci şans istədi -  video
27812 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişində yer alan azərbaycanlı gəlin Naz bir müddət əvvəl onun üçün Bakıdan gələn Əli Əkbərlə bir araya gəlmək üçün şans istəyib.

Axşam.az-ın məlumatına görə, Naz hələ də Əlidən xoşlandığını və ondan ayrıldığı üçün peşman olduğunu bildirib.

Azərbaycanlı gəlin həmyerlisinin də ona qarşı biganə olmadığını, hətta, ona yaxın olmaq üçün eyni məhəllədən ev kirayələdiyini vurğulayıb.

Ə.Əkbər Naza cavab vermək üçün fikirləşmək istədiyini və ilk günlər yaşadıqlarını yenidən yaşamaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və sonradan nişanı qaytarıb.

Naz Əli ilə görüşə başlayanda isə qısqanan Baha onların münasibətlərinin saxta olduğunu və Nazın hələ də onunla görüşdüyünü bildirib.