1 yaşında 1 milyon qazanan internet fenomeni - fotolar

1 yaşında 1 milyon qazanan internet fenomeni  - fotolar
6078 dəfə oxunub
  • A-
  • A
  • A+
14 aylıq Harlen Bodhi White sosial şəbəkədəki izləyicilərinin sayına görə, məşhurların övladlarını ötüb.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, təxminən 185 min izləyicisi olan Bodhi bu baxımdan Barak Obamanın qızlarını ötmüş sayılır.
 
Harlenin 27 yaşlı anası Chelsea White oğlu dünyaya gəldiyi vaxtdan indiyədək İnstagrama onun 1074 şəklini yükləyib.

Bu şirin uşağın reklama çəkilməsi üçün müxtəlif markalar tərəfindən təkliflər gəlir. Ailə markalardan birindən gələn son təklifi qəbul etsə, 1 milyon dollar qazanacaq. Beləliklə, 1 yaşlı körpə qazandığı gəlirlə nəinki yaşıdlarını, yeniyetmələri də geridə qoymuş olacaq.