Samira və qızının Su çərşənbəsi - fotosessiya

Samira və qızının Su çərşənbəsi -  fotosessiya
4647 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq Bahar fəslinin gəlməsinə az qalıb. Bu gün isə ölkəmizdə Su çərşənbəsi qeyd olunur.

Axşam.az saytı hər çərşənbə axşamını bir tanınmışla qeyd etmək qərarına qəlib. Novruz bayramının ilk çərşənbəsi qonağımız müğənni Samira Allahverdi və qızı Məryəm olub.

İfaçı fotolar çəkdirməklə yanaşı, Novruz xatirələrini də bizimlə bölüşüb:

“Novruz bayramını və ümumiyyətlə, bayramları xüsusi qeyd etmirəm. Nədənsə, indi hər şey adiləşib. Bilmirəm biz böyümüşük, yoxsa zaman bizi dəyişdirib? Uşaq olanda yadımdadır ki, qohum-əqrəba bir yerə yığışardı, şirniyyatlar bişirilərdi. Evlərə papaq atırdıq və sevincimizdən həmin ailələrə də pay verirdik. İndi kiməsə papaq atanda əsəbiləşir, qapını açmaq istəmir. İnsanların xasiyyəti, düşüncələri dəyişib. Uşaqlığımızda yediyimiz şəkərbura, qoğalın indi dadı-duzu qalmayıb”.

Müğənni bayram şirniyyatlarını çox da sevmədiyini deyib:

“Şirniyyatı sevmirəm. İstəyərdim ki, şirniyyat yeyəm, amma orqanizmim qəbul etmir. Ola bilər ki, yarım qoğal səhər-səhər şirin çayla yeyə bilərəm”.



S.Allahverdi bayramda bişirdiyi yeməklərdən söz açıb:

“Bayramda aş bişirə bilirəm. Yumurta boyamağa, şirniyyat hazırlamağa vaxtım olmur. İndi hər şey hazır satılır. Uşaqlar istəyəndə, mağazadan alıram”.

İfaçı qapı dinləməyindən də danışıb:

“Yaşadığım həyat tərzinə görə qapı dinləmək olmur. Amma bircə dəfə olub, uşaqlıqda xətalı bir iş görmüşəm. Arzu tutdum ki, görəsən mən müğənni ola biləcəyəm? Buna səbəbdən, qonşumuzun qapısına gedib qulaq asdım. Onda, "Axşam konsert olacaq, gül alıb apararıq" sözlərini eşitdim. Bundan belə nəticə çıxardım ki, deməli müğənni olacağam, səhnəyə çıxacağam və mənə də gül gətirəcəklər. Amma fala qətiyyən inanmıram”.

Foto: Elnur QASIMOV

Vizaj: Kristina

S.Allahverdiyevanın geyimləri
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə doktor, modelyer Gülnarə Xəlilovaya məxsusdur.

Məryəmin libası "Banu rəqs məktəbi"nə məxsusdur.

Məkan: "Karvansaray Restoranı" (Böyük Qala 11, tel.: (012) 492 78 80)